Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib Hüseyn Bağırov nazirliyin fərqlənən əməkdaşlarını “Fəxri Fərman”la təltif edib
Ekologiya
23 May , 2016 12:38
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Bakı. 23 may. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı münasibətilə nazirliyin kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, nazirliyin kollektivi əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar. 

Daha sonra Şəhidlər xiyabanında ölkənin müstəqilliyi uğrunda canlarını qurban verənş şəhidlərin xatirəsini anaraq məzarları üzərinə güllər düzüblər.

Nazir Hüseyn Bağırov Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrdə olduğu kimi ekoloji tarazlığın qorunması və ətraf mühitin sağlamlaşdırılması sahəsində də çoxsahəli ardıcıl quruculuq işlərinin davam etdirildiyini, yeni-yeni layihələrin həyata keçirildiyini bildirib və qarşıda duran vəzifələr, perspektiv planlar barədə məlumat verib.

H.Bağırov ekologiya, təbii sərvətlərdən səmərəli istifadə, ətraf mühitin qorunub mühafizə edilməsi, bərpası və davamlı inkişafı sahəsində nazirliyin fərqlənən əməkdaşlarını Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Fəxri Fərman”ı ilə təltif edib.

Tədbirin sonunda nazirliyin kollektivi adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.

Xatırladaq ki, ümummilli lider Heydər Əliyevin 23 may 2001-ci il tarixli fərmanı ilə ölkədə ekologiya, ətraf mühitin mühafizəsi, hidrometeorologiya, geologiya, meşəçilik və balıqçılıq sahəsində vahid dövlət siyasətini həyata keçirmək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılıb. Prezident İlham Əliyevin 16 may 2007-ci il tarixdə imzaladığı sərəncama uyğun olaraq hər il may ayının 23-ü ölkədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı kimi qeyd olunur.

Son xəbərlər

Orphus sistemi