Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçiləri peşə bayramını qeyd edirlər

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçiləri peşə bayramını qeyd edirlər Bakı. 23 may. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçiləri peşə bayramını qeyd edirlər.
Ekologiya
23 May , 2018 12:38
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçiləri peşə bayramını qeyd edirlər
0 : 00
0 : 00

Bakı. 23 may. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçiləri peşə bayramını qeyd edirlər.

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, nazirliyin kollektivi peşə bayramının qeyd olunmasına Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin xatirəsini anmaqla başlayıb. Ulu öndərin məzarı önünə əklil qoyulub, əziz xatirəsi ehtiramla yad edilib. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini yad edilib, məzarı üzərinə tər güllər düzülüb.

Sonra Şəhidlər Xiyabanında ölkəmizin müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi anılıb.

Peşə bayramı ilə əlaqədar tədbirlər Suraxanı rayonu ərazisində beton yolun kənarındakı yaşıllıq zonasında davam etdirilib.

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev peşə bayramı münasibətilə nazirliyin kollektivini təbrik edib. O, prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda digər sahələrdə olduğu kimi, ətraf mühitin mühafizəsi istiqamətində də qarşıya qoyulan vəzifələrin yerinə yetirildiyini və bu işlərin bundan sonra da ölkənin inkişaf tempinə uyğun olaraq uğurla davam etdiriləcəyini bildirib. 

M.Babayev dövlət başçısının ekologiya sahəsində çalışanların əməyinə yüksək qiymət verdiyini, onların təltif edilməsini, fəxri adlara layiq görülməsini Azərbaycan dövlətinin ekologiya işçilərinə göstərdiyi diqqət və qayğının təzahürü kimi qiymətləndirib.

Ətraf mühitin mühafizə edilməsi sahəsində xüsusi xidmətlərinə görə fərqlənən ekoloqlar Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Fəxri Fərman”ı ilə təltif edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi adından ölkə Prezidentinə müraciət qəbul olunub.

Sonra nazirliyin kollektivinin, ekoloji qeyri-hökumət təşkilatları və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Suraxanı rayonu ərazisində beton yolun kənarındakı yaşıllıq sahədə iməcilik keçirilib. Ərazidə abadlıq işləri aparılaraq yaşıllıqlara aqrotexniki qulluq göstərilib.

Son xəbərlər

Orphus sistemi