Bakı. 30 aprel.
Bu barədə "Report"a Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.
Respublikada artıq ənənə halını alan bu nəcib aksiyaya Nazirliyin 400-ə yaxın əməkdaşı qoşulub.
Aksiyada B.Eyvazov adına Hemotologiya Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının xüsusi tibb briqadasının həkim hemotoloqları tərəfindən donorların sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra onlardan qan götürülüb.
Qanvermə aksiyası hemofiliya və talassemiyadan əziyyət çəkən insanların qanla təminatına yardım məqsədi daşıyır.



