Ekologiya və təbii sərvətlər nazirinə yeni müşavir təyin olunub

Ekologiya
  • 25 yanvar, 2022
  • 09:21
Ekologiya və təbii sərvətlər nazirinə yeni müşavir təyin olunub
İsrail Əfəndiyev

Ekologiya və Təbii Sərvətlər Nazirliyində yeni təyinat olub.

Bu barədə "Report"a ETSN-in mətbuat katibi İradə İbrahimova məlumat verib.

O bildirib ki, bununla bağlı ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin əmr imzalayıb: "Əmrə əsasən, İsrail Əfəndiyev ekologiya və təbii sərvətlər nazirinin müşaviri təyin olunub. O, bu təyinata qədər Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin sədr müavini vəzifəsində çalışırdı".