Yuxarı
    Bağlamaq

    Ekologiya və təbii sərvətlər naziri Samuxda vətəndaşları qəbul edəcək

    Qəbulda Gəncə, Gədəbəy, Samux, Göygöl və Daşkəsən rayonlarında yaşayan vətəndaşlar iştirak edə bilərlər

    Bakı. 20 oktyabr. REPORT.AZ/ Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Samux şəhərində vətəndaşları qəbul edəcək. Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

    Məlumata əsasən, qəbul oktyabrın 30-da saat 10:00-da Samux şəhərində yerləşən Yeni Azərbaycan Partiyasının inzibati binasında keçiriləcək. Görüşdə Gəncə, Gədəbəy, Samux, Göygöl və Daşkəsən rayonlarında yaşayan vətəndaşlar iştirak edə bilərlər.

    Qeyd edək ki, qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün ekologiya.nazirliyi@gmail.com və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı "Qaynar xətt"i, həmçinin Gəncə şəhəri 10 saylı ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi ilə əlaqə saxlamaları (ünvan: Gəncə şəhəri, H.Z.Tağıyev küçəsi 58, əlaqə telefonları: 050-366-05-04, 050-391-97-50, 022-25-3-04-48) xahiş olunur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi