Ekologiya və təbii sərvətlər naziri Ucarda vətəndaşları qəbul edib

Ekologiya və təbii sərvətlər naziri Ucarda vətəndaşları qəbul edib Bakı. 30 mart. REPORT.AZ/ Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Ucar şəhərində vətəndaşlarını qəbul edib.
Ekologiya
30 Mart , 2018 11:46
Ekologiya və təbii sərvətlər naziri Ucarda vətəndaşları qəbul edib

Bakı. 30 mart. REPORT.AZ/ Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Ucar şəhərində vətəndaşlarını qəbul edib.

Bu barədə "Report" Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qəbul mart ayının 30-da Ucar şəhərində yerləşən Heydər Əliyev Mərkəzində olacaq. Görüşdə nazir Ucar, Kürdəmir, Şamaxı, Ağsu, Qobustan və Göyçay rayonlarının vətəndaşlarını qəbul edib.

Nazirliyin idarə və departamentlərinin, həmçinin tabeli qurumlarının rəhbərlərinin iştirak etdiyi görüşdə ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, bioresurslar, geologiya, hidrometeorologiya və s. məsələlərlə bağlı 40-a yaxın vətəndaşın müraciətinə baxılıb.

Qəbul zamanı nazir vətəndaşların müraciətlərini, şikayət və təkliflərini dinləyərək hərtərəfli öyrənilməsi, onların narazılığına səbəb olan halların aradan qaldırılması və qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib. Müraciətlərin bir qismi yerindəcə həllini tapıb, digər müraciətlər isə araşdırılması məqsədilə nəzarətə götürülüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

Son xəbərlər

Orphus sistemi