Ekologiya və təbii sərvətlər naziri Tovuzda vətəndaşları qəbul edib

Ekologiya və təbii sərvətlər naziri Tovuzda vətəndaşları qəbul edib Bakı. 23 noyabr. REPORT.AZ/ Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Tovuz şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Tovuz, Şəmkir, Qazax, Ağstafa, Daşkəsən, Gədəbəy, Samux və Göygöl rayonlarının sakinlərini qəbul edib.
Ekologiya
23 Noyabr , 2018 12:40
Ekologiya və təbii sərvətlər naziri Tovuzda vətəndaşları qəbul edib
Muxtar Babayev
0 : 00
0 : 00

Bakı. 23 noyabr. REPORT.AZ/ Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Tovuz şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Tovuz, Şəmkir, Qazax, Ağstafa, Daşkəsən, Gədəbəy, Samux və Göygöl rayonlarının sakinlərini qəbul edib.

Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Qəbuldan əvvəl nazir Muxtar Babayev və Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Qəbul zamanı ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik və digər məsələlərlə bağlı vətəndaşların müraciət və təklifləri dinlənilib. Müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digərləri üzrə nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar bölgə sakinlərinin yerindəcə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Son xəbərlər

Orphus sistemi