Ekologiya və təbii sərvətlər naziri Şabranda vətəndaşları qəbul edəcək

Ekologiya və təbii sərvətlər naziri Şabranda vətəndaşları qəbul edəcək Bakı. 18 iyul. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Şabran şəhərində vətəndaşları qəbul edəcək.
Ekologiya
18 İyul , 2018 10:12
Ekologiya və təbii sərvətlər naziri Şabranda vətəndaşları qəbul edəcək
0 : 00
0 : 00

Bakı. 18 iyul. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Şabran şəhərində vətəndaşları qəbul edəcək.

Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, görüş iyul ayının 27-i saat 09:30-da Şabran şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Heydər Əliyev prospekti 60a) olacaq. Qəbulda Şabran, Quba, Qusar, Xaçmaz, Siyəzən və Xızı rayonlarının vətəndaşları iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected][email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “Qaynar xətt”i, həmçinin Şabran Regional Meşə Mühafizəsi Mərkəzi (ünvan: M.Ə.Rəsulzadə küçəsi 9) ilə əlaqə saxlamalıdırlar (əlaqə telefonları: 070-803-17-28, 050-417-77-70, 023-35-3-23-40).

Son xəbərlər

Orphus sistemi