Yuxarı

Ekologiya və təbii sərvətlər naziri Qazaxda vətəndaşları qəbul edib

50-yə yaxın vətəndaşın şikayət və təklifləri dinlənilib, müraciətlərinə baxılıb

Bakı. 6 avqust. REPORT.AZ/ Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov Qazax Olimpiya Kompleksində Qazax, Tovuz, Ağstafa və Şəmkir rayonlarında yaşayan vətəndaşları qəbul edib. Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən bildirilib.

Görüşdə ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, hidrometeorologiya, geologiya, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağlı 50-yə yaxın vətəndaşın şikayət və təklifləri dinlənilib, müraciətlərinə baxılıb.

Nazir qəbula yazılan vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək onların narazılığına səbəb olan halların aradan qaldırılması, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin müvafiq aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib. Görüş zamanı müraciətlərin operativ həlli üçün müvafiq tədbirlər görülüb və onların bir hissəsi isə elə yerindəcə öz həllini tapıb.

Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi