Ekologiya naziri və BMT-nin rezident əlaqələndiricisi Qızılağac Dövlət Qoruğuna səfər ediblər

Ekologiya naziri və BMT-nin rezident əlaqələndiricisi Qızılağac Dövlət Qoruğuna səfər ediblər Layihə Azərbaycanın nadir və zəngin biomüxtəlifliyini qorumaq üçün sahilyanı və dəniz qoruqlarının idarəetmə səmərəliliyini artıracaq
Ekologiya
25 May , 2017 19:42
Ekologiya naziri və BMT-nin rezident əlaqələndiricisi Qızılağac Dövlət Qoruğuna səfər ediblər

Bakı. 25 may. REPORT.AZ/ Ekologiya və təbii sərvətlər naziri Hüseyn BağırovBMT-nin rezident əlaqələndiricisi və BMT İnkişaf Proqramının (BMTİP) rezident nümayəndəsi Qulam İshaqzai Qızılağac Dövlət Qoruğuna baş çəkiblər. 

BMT-nin Bakıdakı ofisindən "Report"a verilən məlumata görə, səfər “Azərbaycanın xüsusi mühafizə olunan təbiət ərazilərinin tərkibindəki sahilyanı ekoloji sistemlərdə idarəetmənin təkmilləşdirilməsi” adlı layihə çərçivəsində təşkil edilib. 

Məlumata görə, layihə Azərbaycanın nadir və zəngin biomüxtəlifliyini qorumaq üçün sahilyanı və dəniz qoruqlarının idarəetmə səmərəliliyini artıracaq. Layihə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT İP tərəfindən həyata keçirilir və Qlobal Ekoloji Fond (QEF) tərəfindən maliyyələşdirilir.

Səfərin məqsədi layihənin inkişafını və gələcəkdə həyata keçiriləcək tədbirlərə baxış keçirmək idi.

Layihə çərçivəsində Qızılağac qoruğu üçün yeni inzibati bina tikilib və qoruqdaqeyri-qanuni ovçuluq və digər qanunsuz fəaliyyətlərdən qorunmaq üçün kanallar qazılıb. Layihə həmçinin mühafizə qayıqları, nəqliyyat vasitələri və uniformalar,meşə gözətçiləri üçün nəzarət və təhlükəsizlik avadanlığı da daxil olmaqla dəstək göstərib, eləcə də Qızılağac qoruğunun GIS elektron xəritəsini tərtib edib.

Bundan əlavə, layihə komandası meşə gözətçilərinin və onların gözətçi məntəqələrinin tikintisi və təmiri də daxil olmaqla onlarıniş şəraitini yaxşılaşdırılmasını planlaşdırır. Həmçinin, layihə komandası bacarıqların artırılması üzrə işçi heyətinə təlimlər təşkil edəcək, idarəçilik və maliyyə planlarının, eləcə də dəniz və sahilyanı qorunan ərazilərinin uzunmüddətli dayanıqlılığını təmin etmək üçün Ekosistem Monitorinq Proqramının hazırlanmasına və Qızılağac qoruğunun milli parka çevrilməsinə kömək edəcək. 

Son xəbərlər

Orphus sistemi