“Eko-Radar” bölməsinə daxil olan şikayət araşdırılıb

“Eko-Radar” bölməsinə daxil olan şikayət araşdırılıb Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi internet səhifəsinin “Eko-Radar” bölməsinə Astara şəhərində mərkəzi bazarın girişində tullantıların atılaraq qalaqlanması ilə bağlı daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərə
Ekologiya
8 Oktyabr , 2020 10:28
“Eko-Radar” bölməsinə daxil olan şikayət araşdırılıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi internet səhifəsinin “Eko-Radar” bölməsinə Astara şəhərində mərkəzi bazarın girişində tullantıların atılaraq qalaqlanması ilə bağlı daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.

Bu barədə "Report"a Xidmətin rəis müavini Ramal Bağırov bildirib.

Onun sözlərinə görə, əraziyə keçirilən baxış zamanı zibil qutularının olmaması səbəbindən tullantıların pərakəndə şəkildə ətrafa atıldığı və qanunvericiliyə uyğun idarə olunmadığı müəyyən edilib: “Xidmətin əməkdaşlarının nəzarəti altında Astara Mənzil Kommunal Tikinti Təsərrüfatı İstehsalat Birliyinin əməkdaşları tərəfindən ərazi tullantılardan təmizlənib və zibil konteynerləri yerləşdirilib. Gələcəkdə belə hallara yol verilməməsi və tullantıların qanunvericiliyə uyğun idarə olunması məqsədilə Astara rayon MKTTİB MMC-yə məcburi göstəriş verilib”.

Son xəbərlər

Orphus sistemi