Əjdər Tağızadə: "Urmiya gölünün qurudulması ilə İran dərin milli münaqişə yaradır"

Əjdər Tağızadə: "Urmiya gölünün qurudulması ilə İran dərin milli münaqişə yaradır" "Urmiya gölünün qurudulması ilə İran dərin milli münaqişə yaradır".
Ekologiya
30 Noyabr , 2022 11:29
Əjdər Tağızadə: Urmiya gölünün qurudulması ilə İran dərin milli münaqişə yaradır
Əjdər Tağızadə

"Urmiya gölünün qurudulması ilə İran dərin milli münaqişə yaradır".

“Report” xəbər verir ki, bunu “Güney Azərbaycan Demokratik Türk Birliyi” (GADTB) təşkilatının sədri Əjdər Tağızadə “Urmiya gölünün qurudulması” ilə bağlı Bakıda keçirilən ictimai müzakirədə çıxışı zamanı deyib.

Sədr qeyd edib ki, Urmiya məsələsi artıq siyasi məsələyə çevrilib və bu da kimsəyə sirr deyil:

"Gölün özünün çaylardan götürdüyü su haqqı var. Kürdlər yaşayan yerlərdən gələn çayların qabağı da kəsilir. Bununla da İran dərin milli münaqişə yaradır. Kürdlər yaşayan yerdə tunel inşa olundu, lakin açılmadı".

O bildirib ki, gölün qurudulması ciddi ekoloji problemə səbəb olur.

Son xəbərlər

Orphus sistemi