Yuxarı
    Bağlamaq

    Dünyada ən təmiz havaya malik ölkənin adı açıqlanıb

    © РИА Новости / Алексей Даничев

    Bakı. 3 may. REPORT.AZ/ Ümumdünya Sağlamlıq Təşkilatının (ÜST) araşdırmalarına əsasən, dünyada ən yaxşı, keyfiyyətli hava Finlandiyadadır.

    "Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, Finlandiyada 1 kubmetr havada toz mikrohissəciklərinin miqdarı orta hesabla 6 mikroqram təşkil edir və bu, dünyada ən aşağı göstəricidir.

    Reytinqdə lider mövqelərdə həmçinin Estoniya, İsveç, Norveç və İslandiya da yer alıb.

    ÜST ekspertləri qeyd edirlər ki, ən keyfiyyətsiz hava Orta və Uzaq Şərq, eləcə də Afrika ölkələrində qeydə alınıb.

    Araşdırmalarda bu ölkələrdə havadakı toz hissəciklərinin miqdarının reytinqin liderləri ilə müqayisədə 10 dəfə çox olduğu göstərilir.

    ÜST-nin məlumatına görə, keyfiyyətli hava ilə bağlı ən ciddi problemlər Uqanda, Monqolustan, Qətər və Kamerunda qeydə alınıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi