Nazirlik: "Dövlət və özəl qurumlar əlamətdar günlərində ağac əkərək təbiətə töhfə verə bilər"
- 27 fevral, 2023
- 12:00
Yeniliklərdən dərhal xəbərdar olun!
Yeni yaradılan "yasilgelecek.az” elektron platforması ağac əkmək istəyənlərin işini daha da asanlaşdırıb.
Bunu "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat katibi İradə İbrahimova deyib.
O bildirib ki, artıq əksər dövlət və özəl qurumlar, elədə də, ictimaiyyət nümayəndələri öz əlamətdar günlərini həm də ağac əkərək təbiətə töhfə verməklə qeyd edirlər:
"Bu platforma vasitəsilə hər kəs ağac əkməklə təbiətə töhfə verə bilər. “Yaşıl gələcək” platforması vasitəsilə ağac əkmək və əkilən ağaclara görə xüsusi sertifikat əldə etmək mümkündür. Hər birimiz ağac əkilməsi və yaşıllaşdırma işlərinin təşviqinə bu yeni elektron platforma üzərindən dəstək ola, həm fərdi, həm də korporotiv qaydada xeyirxah və savab əməlimizi yaddaşlara salan sertifikatlar əldə etməklə, təbiətimizə olan qayğımızı göstərə bilərik".
İ.İbrahimova bu faydalı ənənənin bundan sonra da davam etməyə, cəmiyyətimizin bütün nümayəndələrini ağacəkmə işlərində yaxından iştirak etməyə, yaşıllaşdırmanı kütləvi və davamlı prosesə, vətəndaş vərdişinə çevirməyə çağırıb.