Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin səlahiyyətləri artırılıb

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin səlahiyyətləri artırılıb Komitə yaşıllıqların bərpası üçün ərazilərin ayrılmasına rəy vermək hüququna malik olacaq
Ekologiya
23 Noyabr , 2016 20:29
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin səlahiyyətləri artırılıb

Bakı. 23 noyabr. REPORT.AZ/ Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin səlahiyyətləri artırılıb. 

"Report"un məlumatına görə, bu, Prezident İlham Əliyevin Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 9 noyabr tarixli 647 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalaması ilə mümkün olub. 

Sənədə əsasən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yaşıllıqların bərpası üçün ərazilərin ayrılmasına rəy vermək hüququna malik olacaq.  

Son xəbərlər

Orphus sistemi