Ölkə ərazisində fəaliyyət göstərən restoran və ictimai-iaşə obyektlərində havaya normadan artıq tullantı atılıb.
"Report" xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.
Xidmət rəisi Hikmət Əlizadə bildirib ki, bir sıra ictimai-iaşə obyektlərində təmizləyici qurğuların quraşdırılmasına baxmayaraq onlara vaxtaşırı xidmət göstərilmir, filtrlər dəyişdirilmir, buna görə də havaya normadan artıq tullantı atılır.
"Restoran və ictimai-iaşə obyektlərinin sahiblərinə çağırış edirik ki, Ramazan ayında toyların olmamasını bir imkan kimi dəyərləndirərək, obyektlərindəki təmizləyici qurğuların texniki göstəricilərinin normalara uyğunluğunu təmin etsinlər, havaya normadan artıq tullantı atılmasına yol verməsinlər", - deyə xidmət rəisi bildirib.
H. Əlizadə əks halda qanun pozucularına İnzibati Xətalar Məcəlləsinə əsasən qanunamüvafiq tədbirlər görüləcəyini bildirib.