ETSN: Dənizə axıdılan sularda kimyəvi və bioloji çirkləndiricilərin miqdarı normadan artıqdır

ETSN: Dənizə axıdılan sularda kimyəvi və bioloji çirkləndiricilərin miqdarı normadan artıqdır Bakı. 27 fevral. REPORT.AZ/ “Xəzər dənizinin şimal və cənub bölgələrinin sahilboyu ərazilərində fəaliyyət göstərən müəssisələrdə formalaşan tullantı sularından götürülən analizlərin nəticələri göstərir ki, dənizə axıdılan bu sularda kimyəvi və bioloji çirkləndiricilərin miqdarı normadan artıqdır”.
Ekologiya
27 Fevral , 2019 14:08
ETSN: Dənizə axıdılan sularda kimyəvi və bioloji çirkləndiricilərin miqdarı normadan artıqdır
0 : 00
0 : 00

Bakı. 27 fevral. REPORT.AZ/ “Xəzər dənizinin şimal və cənub bölgələrinin sahilboyu ərazilərində fəaliyyət göstərən müəssisələrdə formalaşan tullantı sularından götürülən analizlərin nəticələri göstərir ki, dənizə axıdılan bu sularda kimyəvi və bioloji çirkləndiricilərin miqdarı normadan artıqdır”.

“Report” xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Ərəstun Həsənov deyib.

O bildirib ki, Xəzər dənizini şimal və cənubdan çirkləndirən əsas mənbələr ictimai iaşə obyektlərində formalaşan təsərrüfat-məişət mənşəli tullantı sularıdır: “Aparılan monitorinqlər zamanı iri müəssisələrdə formalaşan istehsalat və məişət tullantı sularının təmizlənmədən çaylar vasitəsilə birbaşa dənizə axıdıldığı məlum olub. Xəzər dənizi Abşeron yarımadasında məişət tullantı suları, bölgələrdə isə daha çox məişət tullantı suları ilə çirkləndirilir. Axarlardan götürülmüş su nümunələri üzərində aparılan analizlərin nəticələrinə görə neft məhsulları, səthi aktiv maddələr və bioloji çirkləndirici maddələrin miqdarının normadan artıq olduğu müəyyən edilib”.

Nazirlik rəsmisi qeyd edib ki, dənizi çirkləndirən bütün mənbələr üzrə monitorinqlər aparılıb, müəssisə sahiblərinə atılmaların qarşısının alınması məqsədilə müasir təmizləyici qurğuların quraşdırılması ilə bağlı xəbərdarlıq-bildiriş məktubları göndərilib.

O əlavə edib ki, şimal bölgəsində fəaliyyət göstərən bir neçə ictimai iaşə obyektləri tövsiyə və bildirişləri nəzərə alaraq müasir təmizləyici qurğular quraşdırıblar: “Əksəriyyətində isə bu istiqamətdə tədbirlər görülməyib. Onlarla izahat işlərimizi davam etdiririk. Məqsəd daha çox izahat yolu ilə çirkləndiriciləri dənizi və su hövzələrini birgə qorumağa cəlb etməkdir”.

Son xəbərlər

Orphus sistemi