Dekabrın 3-dək hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ

Dekabrın 3-dək hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək
Ekologiya
30 Noyabr , 2016 12:22
Dekabrın 3-dək hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ

Bakı. 30 noyabr. REPORT.AZ/ Dekabrın 1-dən 3-ü gündüzədək Azərbaycan ərazisində hava şəraiti qeyri-sabit keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, ölkə ərazisində arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.

Son xəbərlər

Orphus sistemi