Yuxarı

​Daşkəsəndə fırtına olub

Şəhərdə bəzi binaların dam örtüyü dağılıb, elektrik naqilləri sıradan çıxıb

Daşkəsən. 23 may. REPORT.AZ/ Daşkəsən şəhərində fırtına olub. "Report"un Qərb bürosunun məlumatına görə, təxminən yarım saatdır şəhərdə güclü yağış yağır.

Fırtına nəticəsində şəhərin bir sıra yerlərinə ziyan dəyib. Şəhərdə bəzi binaların dam örtüyü dağılıb, elektrik naqilləri sıradan çıxıb, elektrik enerjisinin verilişi dayandırılıb. Hazırda güclü külək davam edir.

Hazırda Gədəbəy rayonunda və Gəncə şəhərində də güclü külək əsir. Gəncənin Yeni Gəncə, Mahrısa, Bağbanlar qəsəbələri və şəhərin digər ərazilərində hava şəraitinə görə enerji verilişi dayandırılıb. Hazırda yağıntının azalmasına baxmayaraq, şimşək çaxır, külək əsir. 

Bundan əlavə, Qazaxda da güclü yağış yağıb, ancaq ciddi fəsadlar baş verməyib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi