Lahıc sakini cüyür ovladığına görə 2000 manat cərimələnib

Lahıc sakini cüyür ovladığına görə 2000 manat cərimələnib Ölkə ərazisində qanunsuz ov hallarının qarşısını almaq məqsədilə reydlər davam etdirilir
Ekologiya
16 Dekabr , 2014 18:52
Lahıc sakini cüyür ovladığına görə 2000 manat cərimələnib

Bakı. 16 dekabr. REPORT.AZ/ Azərbaycan Ekologiya və Təbii Sərvətlər və Daxili İşlər Nazirliklərinin əməkdaşları tərəfindən “Ovçuluq haqqında” qanunun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə respublika ərazisində növbəti reydlər keçirilib. "Report" xəbər verir ki, reyd zamanı Göyçay rayonu Kürdşaban kəndi ərazisində ovla məşğul olan İsmayıllı rayonu Külüllü kənd sakini İsmayıl Hacıbalayev saxlanılaraq ondan 1 ov tüfəngi, 8 patron və 1 qaranaz quşu götürülüb. Faktla bağlı təqsirkar şəxs barəsində akt və protokol tərtib edilib və qanun pozucusu 1000 manat məbləğində cərimə olunub.

Göyçay rayonu İnçə kəndi ərazisində ov edən kənd sakini Rüstəm Abbasov saxlanılıb və ondan 1 ov tüfəngi, 5 patron, 1 ördək götürülüb. Qanun pozucusu barəsində akt və protokol tərtib olunaraq 1000 manat məbləğində cərimə tətbiq edilib.

“Şərbətqobu” ovçuluq təsərrüfatının ərazisində keçirilən reydlər zamanı qanunsuz ovla məşğul olan Kürdəmir rayonu Söyüdlər kənd sakini Ziyad Nəsirov və Laçın rayonu Sadınlar kənd sakini Nicat Allahverənov saxlanılıb və onlardan 2 ov tüfəngi, 4 patron götürülüb. İnzibati xətaya yol vermiş şəxslər barəsində qanunamüvafiq qaydada akt və protokol tərtib olunaraq hər biri 1000 manat məbləğində cərimə edilib.

Şahdağ Milli Parkının ərazisində keçirilən reyd zamanı ov edən İsmayıllı rayonu Lahıc kənd sakini Məhəmməd Nəcəfov saxlanılaraq ondan 1 ov tüfəngi və 1 ədəd ovlanmış cüyür götürülüb. İnzibati xətaya yol verən şəxs barəsində müvafiq qaydada akt və protokol tərtib edilib və o, 2000 manat məbləğində cərimə olunub.

Şahdağ Milli Parkının ərazisində keçirilən növbəti reyd zamanı isə ovla məşğul olan Qəbələ rayonu Abrıx kənd sakinləri Rəşad Rəfiyev, Qaya Xurşudov, Murad Yəhyayev və Zahir Ağakərimov saxlanılaraq onlardan 4 ov tüfəngi götürülüb. Qanun pozucuları barəsində müvafiq qaydada akt və protokol tərtib olunaraq hər biri 1000 manat məbləğində cərimə edilib.

Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisində keçirilən reyd zamanı ovla məşğul olan Masallı rayonu Mololan kənd sakini Fərahim Hüseynov saxlanılıb və ondan 1 ov tüfəngi, 24 patron götürülüb. İnzibati xətaya yol vermiş şəxs barəsində qanunamüvafiq qaydada akt və protokol tərtib edilib və o, 1000 manat məbləğində cərimə olunub.

Ölkə ərazisində qanunsuz ov hallarının qarşısını almaq məqsədilə reydlər davam etdirilir.

Son xəbərlər

Orphus sistemi