Çirkab suların yığılması və təmizlənməsi üçün ayrılan vəsaitin məbləği məlum olub

Çirkab suların yığılması və təmizlənməsi üçün ayrılan vəsaitin məbləği məlum olub Gələn ilin dövlət büdcəsindən ətraf mühitin mühafizəsi üçün 285 828 108,0 manat vəsait ayrılıb.
Ekologiya
569
27 Oktyabr , 2021 10:48
Çirkab suların yığılması və təmizlənməsi üçün ayrılan vəsaitin məbləği məlum olub

Gələn ilin dövlət büdcəsindən ətraf mühitin mühafizəsi üçün 285 828 108,0 manat vəsait ayrılıb.

“Report” xəbər verir ki, bu, 2022-ci ilin dövlət büdcəsinin layihəsində əksini tapıb.

Layihədə qeyd olunub ki, həmin vəsaitin 7 743 673,0 manatı bioloji zənginliyin qorunmasına, 10 966 058,0 manatı hidrometeorologiya tədbirlərinə, 15 467 857,0 manatı meşə təsərrüfatına, 1 443 272,0 manatı balıqçılıq və ovçuluğa, 248 992 248,0 manatı ərazilərin təmizlənməsi, çirkab suların yığılması və təmizlənməsi, 1 215 000,0 manatı ətraf mühitin mühafizəsi sahəsinə aid edilən digər xidmətlər üçün ayrılması nəzərdə tutulub.

Qeyd edək ki, qanun 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.

Son xəbərlər

Orphus sistemi