Cənubi Qafqazın ən böyük milli parkından - REPORTAJ

Cənubi Qafqazın ən böyük milli parkından - REPORTAJ Bakı-Quba-Bakı. 25 iyun. REPORT.AZ/ Təbiətimiz-evimizdir­ adlı ekoloji turizm­in mediada təbliği la­yihəsi çərçivəsində m­ətbuat nümayəndələri Azərbaycanın 6 rayonunu əhatə edən Şahdağ Milli Park­ında olublar. Layihənin­ məqsədi həm azərbayc­anlıları, həm də xari­ci turistləri Azərbay­can milli parkları il­ə tanış etmək, ekoturizm­ə dəstək verməkdir.
Ekologiya
25 İyun , 2018 14:54
Cənubi Qafqazın ən böyük milli parkından - REPORTAJ
Report
0 : 00
0 : 00

Bakı-Quba-Bakı. 25 iyun. REPORT.AZ/ Təbiətimiz-evimizdir­" adlı ekoloji turizm­in mediada təbliği la­yihəsi çərçivəsində m­ətbuat nümayəndələri Azərbaycanın 6 rayonunu əhatə edən Şahdağ Milli Park­ında olublar. Layihənin­ məqsədi həm azərbayc­anlıları, həm də xari­ci turistləri Azərbay­can milli parkları il­ə tanış etmək, ekoturizm­ə dəstək verməkdir.

"Report" Şahdağ Mil­li Parkından hazırlad­ığı reportajı təqdim ­edir.

Zaqafqaziyanın ən böyük milli parkı

Azərbaycanda xüsusi mühafizə olunan təbiət ərazilərindən biri də Şahdağ Milli Parkıdır. Şahdağ Milli Parkının ərazisi 130 508,1 hektardır və nəinki Azərbaycanda, hətta Cənubi Qafqazda ən böyük əraziyə malikdir. Park ölkənin ən əhəmiyyətli dağ və meşə landşaftını özündə birləşdirir. Milli Park İsmayıllı, Quba, Qusar, Qəbələ, Oğuz və Şamaxı rayonlarının inzibati ərazilərində yerləşir.

İnzibati bina…

Milli Parkın İnzibati Bina Kompleksində müasir tələblərə cavab verən iş otaqları və iş şəraiti yaradılıb, həmçinin burada xüsusi təyinatlı otaq, kitabxana, konfrans zalı fəaliyyət göstərir. Ekoturizm Mərkəzində vəhşi təbiətin canlı müşahidə olunması, turistlərin məlumat alması və ekoloji maarifləndirilməsi, bələdçi xidmətindən istifadə olunması, turizm avadanlıqlarının icarəyə verilməsi üçün şərait yaradılıb və təbiət muzeyi turistlərin istifadəsinə verilib. Qusar rayonunun Ləzə, Quba rayonunun Xınalıq, Şamaxı rayonunun Qələybuğur, İsmayıllı rayonunun Buynuz, Oğuz rayonunun Baş Daşağıl kəndlərində və Qəbələ rayonunun müvafiq dağlıq sahəsində nəzarət-buraxılış məntəqələri inşa edilib.

Milli Parkın müxtəlif ərazilərini canlı müşahidə edən kamera sistemi mövcuddur.

Azərbaycanın ən yüksək əraziləri

Şahdağ Milli Parkı Azərbaycanın ən yüksək dağlıq ərazilərini əhatə edir. Milli Parkın çox böyük ərazini əhatə etməsi səbəbindən burada həm təmiz, həm də qarışıq meşələrə rast gəlinir.

Milli Parkın ərazisində yerləşən meşələr, əsasən, iberiya və şərq palıdından, şərq fıstığından və Qafqaz vələsindən əmələ gəlib. Şahdağ Milli Parkının heyvanat aləmi çox zəngindir. Burada quşlardan qırqovul, qaratoyuq, alabaxta, bildirçin, sarıköynək, çobanaldadan, ağacdələn, qarğa, məməlilərdən cüyür, çöl donuzu, qonur ayı, çaqqal, dovşan, dələ, canavar, tülkü, maral, yenot, qarapaça, meşə pişiyi, təkə, ayı, vaşaq, gəlincik, porsuq növlərinə təsadüf olunur. Ərazidə adları Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilmiş məməlilərdən vaşaq, köpgər, quşlardan turac, berkut, çöl qartalı növləri qorunur.

Qadağandır!

Şahdağ Milli Parkının ərazisi xüsusi mühafizə olunur. Burada icazəsiz daxil olmaq, ağac kəsmək, ov etmək , müəyyən olunmuş yerlərdən kənar dayanacaqların təşkili, çadırların qurulması və tonqalların yandırılması, meşələrin qırılması və s. qadağandır.

İki manat

Park bazar günü istisna olmaqla hər gün saat 09:00-dan 18:00-dək açıq olur. Milli Parkın 49 marşrutu mövcuddur. Parkın ərazisinə daxil olmaq üçün birgünlük icazə 2 manat təşkil edir, məktəblilər və 6 yaşına kimi olan uşaqlar üçünsə giriş pulsuzdur.

İxtisaslı bələdçilər

Milli Parkdan qanunvericilikdə müəyyən edilmiş tələblərə əməl olunma şərti ilə təbiəti mühafizə, elmi tədqiqat, ətraf mühitin monitorinqi, sağlamlaşdırma, təlim-tərbiyə, turizm və rekreasiya məqsədləri üçün istifadə edilə bilər. Parkda turizim üçün şərait yaradılıb. Turistlərə xidmət etmək üçün ixtisaslı bələdçilər fəaliyyət göstərir, həmçinin burada ekoloji maarifləndirmə işinə xüsusi diqqət yetirilir.

Xanəgah və Girdah şəlaləsi... Piknik...

Mətbuat nümayəndələri Milli Parkın Quba bölməsi, Rustov meşəbəyliyində yerləşən Xanagah və Girdah şəlaləsində olublar. Ərazi rayon mərkəzindən, təxminən, 30 km aralıdadır. Şəlalələrin yerləşdiyi Girdah (Gürdəh) kəndi Quba rayonunun Çağacuqçay hövzəsinin yuxarı axınında Gəllah dağının ətəyində meşəlik ərazidə yerləşir. Buraya gələn avtomobil yolu dağın döşündəki meşəlik ərazidən keçir. Şəlaləyə getmək üçün Başxanagahdan başlayaraq piyada yol qalxır, yolun üzərində Çağacuqçayın kiçik kanyonu, bir neçə şəlalə və isti su çıxan bulaq mövcuddur.

Girdah şəlaləsi Girdah kəndinin qarşısındakı iki qayalıq dağın birləşdiyi yerdən tökülür. Şəlalə yuxarıdakı yaylaq ərazidən gələn bulaq və yağıntı sularından qidalanır. Payız və yaz aylarında şəlalə bol sulu (yağıntıdan asılı olaraq) olur. 

Qeyd edək ki, şəlalənin yaxınlığında turistlərin istirahəti, piknik etməsi üçün yerlər düzəldilib. 

Milli parkların tanıtımı davam edəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, təbiətə zərər vurmadan həm onun gözəlliklərindən faydalanmaq, həm də qoynunda dincəlmək olar: "Kiçikdən-böyüyə hər kəsin maariflənməsi və asudə vaxtını xoş keçirməsi üçün Azərbaycan milli parklarında hər cür şərait yaradılıb. Yetər ki, qaydalara əməl olunsun və ətraf mühitin komponentlərinə ziyan vurulmasın. Ekoturların keçirilməsində əsas məqsəd Azərbaycanın ən füsunkar, estetik cəhətdən gözəl, təbiəti zəngin olan milli park ərazilərini yerli və xarici vətəndaşlara tanıtmaq, turizmin inkişafına nail olmaqdır. Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Şirvan, Abşeron, Altıağac və Şahdağ Milli parklarına “təbiət evimizdir” devizi altında ekoturlar təşkil olunub. Ekoturlar davam edəcək". 

Son xəbərlər

Orphus sistemi