Cənubi Muğan kanalının istismara verilməsindən 110 il ötür
- 21 sentyabr, 2022
- 12:45
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu gün Cənubi Muğan kanalının istismara verilməsindən 110 il ötür.
Bu barədə "Report"un Muğan bürosuna tarixçi Məhəmməd Qurbanov məlumat verib.
M.Qurbanov bildirib ki, kanal həmin zamanlarda mövcud olan Dəvrişli, Amankənd, Cürəli, Təzəkənd, Ağalıkənd, Bəydili və Xırmandalı kəndlərini su ilə təmin etmək məqsədi ilə çəkilib:
"1910-12-ci illərdə çar II Nikolay mənbəyi Araz çayından olan bu kanalı çəkdirib. Kanalın hər kvadratmetrinə görə, fəhlələrə 1 onluq qızıl verilirmiş. 1912-ci ilin sentyabrın 21-də kanalın ilk 54 km-lik hissəsi qazılaraq, istifadəyə verilib. Sonralar qazıntı işləri davam etdirilərək kanal Cəlilabad rayonuna çatdırılıb".
110 yaşlı kanal hazırda Cəlilabadın 8 min hektar, Biləsuvarın isə 45 min hektar əkin sahələrinin suvarılmasını təmin edir.