Cəbrayılda yetişdiriləcək tinglər Şərqi Zəngəzur iqtisadi rayonunda meşəsalmada istifadə olunacaq
- 22 fevral, 2023
- 13:12
"Cəbrayıl rayonu ərazisində yandırılmış, məhv edilmiş, qırılmış meşələrin bərpası Türkiyə ilə Azərbaycanın müvafiq
qurumları tərəfindən həyata keçirilir".
"Report"un Cəbrayıla ezam olunan əməkdaşı xəbər verir ki, bunu Ekologiya va Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəis əvəzi Cabbar Qəribov bildirib.
Onun sözlərinə görə, ərazidə terasların salınması işləri aparılır: "Dostluq meşəsi" və teraslarla yanaşı digər ərazidə də ağıllı tinglik sahəsi yaradılır. Burada 8 hektarlıq ərazidə müasir stnadartlara uyğun tinglik sahəsi yaradılacaq. Tinglik sahəsi Türkiyənin ting yetişdirmə metodları ilə yetişdiriləcək. Bunun illik dövriyyəsi 2 milyon ting olacaq ki, bunlar da yüksək keyfiyyətli olacaq".
C.Qəribov vurğulayıb ki, həmin tinglər Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunda meşəsalma və meşəbərpa işlərində istifadə olunacaq: "Türkiyə-Azərbaycan Meşəçilik Təlim Mərkəzi yaradılacaq. Mərkəzdə həm Türkiyə, həm də Azərbaycanın meşəçilik, ekoloq mütəxəssisləri yerli mütəxəssislərə təlim, treninqlər keçiriləcək. Eləcə də qonşu və Asiya ölkələrinin meşəçilik, ekoloq mütəxəssisləri burada tədris, təlim keçəcək və öz təcrübələrini bölüşəcəklər".