Buta gölünün ətrafındakı zibilliyə görə vəzifəli şəxs cərimələnib

Buta gölünün ətrafındakı zibilliyə görə vəzifəli şəxs cərimələnib Bakı. 2 may. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən Bakı şəhərində “Ətraf mühitin mühafizəsi haqqında” qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.
Ekologiya
2 May , 2018 16:22
Buta gölünün ətrafındakı zibilliyə görə vəzifəli şəxs cərimələnib
eco.gov.az

Bakı. 2 may. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən Bakı şəhərində “Ətraf mühitin mühafizəsi haqqında” qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.

Nazirliyin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, reyd zamanı Qaradağ rayonu Buta gölünün ətrafında qeyri-qanuni tullantıların qalaqlanması faktı aşkar olunub.

Araşdırma zamanı ərazinin təmizliyinə cavabdeh şəxs Qaradağ Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin Sanitar Kommunal Təmizliyi İdarəsinin rəisi Arif Teymurov barəsində protokol tərtib edilib. O, İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə əsasən, vəzifəli şəxs qismində 2000 manat məbləğində cərimə olunub.

Son xəbərlər

Orphus sistemi