Bu il Azərbaycanda suya buraxılacaq balıqların sayı açıqlanıb

Bu il Azərbaycanda suya buraxılacaq balıqların sayı açıqlanıb 2021-ci ildə də bu cür tədbirlər gündəmdədir
Ekologiya
135
13 Aprel , 2021 15:40
Bu il Azərbaycanda suya buraxılacaq balıqların sayı açıqlanıb
Firuddin Əliyev

"Hər il Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ölkənin təbii su hövzələrində balıq populyasiyasının artırılması, su hövzələrinin zənginləşdirilməsi və ekosistemin qorunması məqsədilə təbii su hövzələrinə balıq körpələrinin buraxılışı həyata keçirilir".

"Report"un məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qubadlı rayonuna təşkil etdiyi mediatur çərçivədində Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, 2021-ci ildə də bu cür tədbirlər gündəmdədir:

"Bu il 2 milyon 300 min kütüm, 1 milyon 500 min çəki, 1 milyon ağ amur, 1 milyon enlialın, həmçinin Xıllı nərə balıqartırma zavodu tərəfindən 550 min nərə cinsli balıq körpəsinin təbii su hövzələrinə buraxılması planlaşdırılır. Bu da, əlbəttə ki, balıq növlərinin təbii populyasiyasının inkişafına müsbət təsir göstərəcək, həmçinin onların saylarının artımına təkan verəcək.

Bundan əlavə, qeyd etmək istəyirəm ki, Azərbaycanın nadir fauna növlərindən olan ceyranların sayının kifayət qədər artırılmasına nail olunub, artıq bir neçə ildir ki, ceyranların digər təbii areallarına reintroduksiyası davam etdirilir, o cümlədən ceyranların Şirvan Milli Parkından Acınohur çölünə buraxılması davamlı həyata keçirilir. Bu il də bu cür tədbirləri planlaşdırırıq”.

Xidmət rəsmisi deyib ki, reintroduksiya tədbirləri işğaldan azad olunmuş ərazilərdə də nəzərdə tutulub:

“Bununla bağlı artıq müəyyən təkliflərimiz və planlarımız var, ərazilərin minalardan və döyüş sursatlarından təmizlənməsi başa çatdıqdan sonra tədricən reintroduksiya layihələri reallaşdırılacaq, işğaldan azad olunmuş ərazilərə məxsus olan heyvanların da təbii populyasiyasının bərpa olunması, həmçinin həmin ərazilərdə onların sayının artırılması ilə bağlı tədbirlər görüləcək”.

Son xəbərlər

Orphus sistemi