Yuxarı

​Böyükşor gölünün bərpası layihəsinin ikinci mərhələsinə başlanılıb

Yaxın günlərdə layihə üzrə gölün 380 ha hissəsində dibinin təmizlənməsinə başlanacaq

Bakı. 21 yanvar. REPORT.AZ/ Böyükşor gölünün təmizlənməsinin ikinci hissəsinin icrası, Zığ gölünün təmizlənməsi layihəsinin həyata keçirilməsi davam etdiriləcək. “Report” İqtisadiyyat Nazirliyinə istinadən bildirir ki, hazırda Böyükşor və Zığ gölləri üzrə tədqiqat-mühəndislik, layihə-smeta və Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədləri hazırlanır.

Eyni zamanda, Böyükşor gölünün kompleks bərpası layihəsinin 2-ci fazası üzrə 380 hektar hissəsinin dibinin təmizlənməsinə hazırlıq işləri görülür və yaxın vaxtlarda işlərə başlanacaq.

Qeyd edək ki, Böyükşor gölünün kompleks bərpası layihəsinin birinci fazasında gölün 300 hektara yaxın hissəsi bərpa olunub və ətraf ərazi təmizlənərək abadlaşdırılıb. Gölün dibinin neftlə çirklənmə səviyyəsi Böyükşorun bərpası işlərindən əvvəlki 100 000-120 000 mq/kq-dan 2015-ci ildə 100-400 mq/kq-a enib. Ötən il göl suyunun ümumi neftlə çirklənmə göstəricisi isə 2014-cü ildəki 300-400 mq/l-dən 100-200 mq/l-dək azalıb. Bunundab başqa, gölün Olimpiya stadionu sahilində salınan Böyükşor bulvarında 80 min ağac və kol bitkiləri əkilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi