Botsvanada yenidən fillərin kütləvi ölümü qeydə alınıb

Botsvanada yenidən fillərin kütləvi ölümü qeydə alınıb Botsvanada 39 fil bəlli olmayan səbəbdən tələf olub
Ekologiya
26 Mart , 2021 06:21
Botsvanada yenidən fillərin kütləvi ölümü qeydə alınıb

Bu ilin əvvəlindən Botsvanada 39 fil bəlli olmayan səbəbdən tələf olub.

“Report” xəbər verir ki, bu barədə “BBC” Botsvananın ətraf mühitin mühafizəsi, təbii ehtiyatlar və turizm nazirliyinə istinadla məlumat yayıb.

Aparılan araşdırmalar fillərin nə bakterial, nə də brakonyerlərin açdığı atəşdən ölmədiyini göstərib.

Qeyd edək ki, ötən ilin altı ayı ərzində Botsvanada 330 fil ölmüşdü. Müəyyən edilib ki, Okvanqo rayonunda fillərin kütləvi tələfatına su mənbələrindəki siyanobakteriyalar səbəb olub. Onlar su vasitəsilə heyvan orqanizminə düşərək zəhərlənməyə və ölümə gətirib çıxarıb.

Hazırda Afrika ölkələri arasında ən çox fil Botsvananın vəhşi təbiətində yaşayır – 130 min. Bütün Afrika qitəsində isə ümumilikdə 350 min fil var.

Son xəbərlər

Orphus sistemi