BMTİP: Dairəvi iqtisadiyyat iqlim məqsədləri və iqtisadi inkişafı birləşdirə bilər

Ekologiya
  • 10 sentyabr, 2026
  • 12:38
BMTİP: Dairəvi iqtisadiyyat iqlim məqsədləri və iqtisadi inkişafı birləşdirə bilər

Dairəvi iqtisadiyyat iqlim məqsədlərinin həyata keçirilməsi üçün praktiki alətdir və iqtisadi inkişafa töhfə verə bilər.

"Report" xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) Türkiyədəki iqlim dəyişikliyi və ətraf mühit üzrə portfel rəhbəri Nuri Özbağdatlı Bakıda keçirilən IV İqlim Həftəsində (CW4) bildirib.

Onun sözlərinə görə, dairəvi iqtisadiyyat yalnız iqlim deyil, həm də resurs gündəliyidir: "Çünki o iqlim dəyişikliyi, biomüxtəlifliyin itirilməsi və ətraf mühitin çirklənməsi problemlərini eyni vaxtda həll etməyə kömək edir.

İndi ambisiyaları müzakirə etmək deyil, onları necə həyata keçirdiyimizi nümayiş etdirmək vaxtıdır. Dairəvi iqtisadiyyat investisiya cəlbediciliyini və maliyyələşdirmə imkanlarını iqtisadi inkişaf və iş yerlərinin yaradılması ilə əlaqələndirərək, onu iqlim məqsədlərinin həyata keçirilməsinin bir hissəsinə çevirmək üçün imkan yaradır".

N.Özbağdatlının sözlərinə görə, xammaldan asılılıq, tədarük zəncirlərindəki fasilələr, xammal bazarlarının dəyişkənliyi və kritik əhəmiyyətli materiallara artan tələbat fonunda dairəvi iqtisadiyyat, xüsusən də Avropa və Mərkəzi Asiyada, həm də rəqabətqabiliyyətlilik məsələsinə çevrilir.

44 - Tezliklə