BMTİP Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə səylərini dəstəkləməyə hazırdır

BMTİP Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə səylərini dəstəkləməyə hazırdır "Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) iqlim dəyişikliyinin səbəb olduğu problemlərə qarşı mübarizədə Azərbaycanı dəstəkləməkdən məmnundur".
Ekologiya
18 Aprel , 2023 11:45
BMTİP Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə səylərini dəstəkləməyə hazırdır

"Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) iqlim dəyişikliyinin səbəb olduğu problemlərə qarşı mübarizədə Azərbaycanı dəstəkləməkdən məmnundur".

“Report” xəbər verir ki, bunu BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi səlahiyyətlərini icra edən Nuno Queiros İqlim dəyişikliyinin təsirlərinin azaldılması və uyğunlaşma tədbirləri üzrə məktəb simpoziumunda deyib.

Onun sözlərinə görə, BMTİP Paris Sazişinin istixana qazlarının emissiyasının azaldılmasına üzrə məqsədlərinə nail olmaq istiqamətində Azərbaycan ilə əməkdaşlıq edir: "Enerji səmərəliliyi və yaşıl enerji maliyyə sabitliyinə və iqtisadiyyatın şaxələndirilməsinə gətirib çıxaracaq, bu məqsədlərə nail olmaq üçün bütün səylər birləşdirilməlidir".

Son xəbərlər

Orphus sistemi