BMT: Asiya əsrin ortalarına qədər dağlardakı buzun 40%-ini itirə bilər

BMT: Asiya əsrin ortalarına qədər dağlardakı buzun 40%-ini itirə bilər Asiya qlobal istiləşmə səbəbindən 2050-ci ilə qədər dağ buzlaqlarının kütləsinin 20%-40% itirə bilər və bu, birbaşa təxminən 750 milyon insanın həyatına təsir göstərəcək.
Ekologiya
312
27 Oktyabr , 2021 05:49
BMT: Asiya əsrin ortalarına qədər dağlardakı buzun 40%-ini itirə bilər

Asiya qlobal istiləşmə səbəbindən 2050-ci ilə qədər dağ buzlaqlarının kütləsinin 20%-40% itirə bilər və bu, birbaşa təxminən 750 milyon insanın həyatına təsir göstərəcək.

“Report” xəbər verir ki, bu proqnoz çərşənbə axşamı BMT-nin Ümumdünya Meteorologiya Təşkilatının (WMO) Cenevrədə dərc olunan, bir sıra tərəfdaşlarla birgə hazırladığı hesabatda yer alıb.

Mütəxəssislər qeyd edib ki, 2020-ci il hava və iqlimin sistematik müşahidələri zamanı Asiyada ən isti il qeydə alınıb. Həmin il orta temperatur 1981-2010-cu illərlə müqayisədə 1,39 dərəcə yüksək olub.

“Buzlaqların əriməsi sürətlənib və 2050-ci ilə qədər buz kütləsinin 20-40% azalacağı proqnozlaşdırılır ki, bu da regionda təxminən 750 milyon insanın həyatına və dolanışığına təsir göstərəcək”, - hesabatda qeyd edilir.

WMO xatırladıb ki, Asiyada buzlaqların sahəsi təxminən 100 min kv. kvadratmetrdir və bu, Yerdəki qütb bölgələrindən kənarda ən böyük buz kütləsidir. Buzlaqlar Asiyanın 10 böyük iri çayını qidalandırır.

Sakit, Hind və Şimal Buzlu okeanlarında səth temperaturu 2020-ci ildə bütün zamanların ən yüksək hərarəti olub. Asiyanın dəniz hövzələrində və onun ətrafında suyun temperaturu Yerdəki orta səviyyədən yüksək sürətlə yüksəlir.

Son xəbərlər

Orphus sistemi