"Biz birlikdə güclüyük" şüarı altında yaşıllıq salındı

"Biz birlikdə güclüyük" şüarı altında yaşıllıq salındı Təhlükəli virusla mübarizədə ön cəbhədə dayanan səhiyyə işçilərinin və polis əməkdaşlarının fədakarlığına və şücaətinə minnətdarlıq əlaməti kimi Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük! şüarına dəstək olaraq həmrəyliyimizi simvolizə edən yaşıllıq salınıb.
Ekologiya
17 Aprel , 2020 18:07
Biz birlikdə güclüyük şüarı altında yaşıllıq salındı

Təhlükəli virusla mübarizədə ön cəbhədə dayanan səhiyyə işçilərinin və polis əməkdaşlarının fədakarlığına və şücaətinə minnətdarlıq əlaməti kimi Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük!" şüarına dəstək olaraq həmrəyliyimizi simvolizə edən yaşıllıq salınıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) "Report"a verilən məlumata görə, Keçmiş Yod brom zavodunun tullantılardan təmizlənmiş ərazisində ETSN əməkdaşları və ekokönüllülər tərəfindən karantin rejiminin tələblərinə əməl olunmaqla minlərlə müxtəlif cinsli ağac əkilib.

Qeyd edək ki, Sovet dönəmindən uzun illər çirklənmiş torpaqlar kimi istifadəsiz qalmış keçmiş
Yod brom zavodunun ərazisi son illər təmizlənərək bərpa edilir, yaşıllıq salınaraq sağlam zonaya çevrilir.

"Koronavirusla mübarizədə ön cərgədə gedən, həyatlarını risk altına atan həkimləri və xalqımızın asayişinin və sağlamlığının keşiyində gecə-gündüz çalışan polisləri alqışlayır, onlara inanır və güvənirik, - ETSN-dən bildirilib.

Son xəbərlər

Orphus sistemi