Biləsuvarda avtovağzal ərazisi zibil poliqonuna çevrilir
- 21 sentyabr, 2022
- 13:01
Yeniliklərdən dərhal xəbərdar olun!
Biləsuvar Rayon Avtovağzalında zibilqabı olmaması sakinlərin narazılığına səbəb olub.
Bu barədə "Report"un yerli bürosuna rayon sakinləri məlumat veriblər.
Sakinlərin sözlərinə görə, şəhərin mərkəzi küçələrində təmizlik üçün kifayət qədər zibil qabı olsa da, avtovağzal ərazisində isə 1 ədəd də olsa zibilqabı qoyulmayıb:
"Avtovağzal ərazisində zibilqabı olmadığı üçün sakinlər zibil atmaq üçün ya xeyli yol gedirlər, ya da heç özlərinə əziyyət verməyib avtovağzalın ərazisinə atırlar. Belə olan halda isə ərazi məişəyt tullantıları poliqonuna çevrilir. Bu da öz növbəsində ətrafın zibillənməsinə gətirib çıxarır".
Sakinlər həm avtovağzal, həm də ətraf ərazilərdə zibilqabılarının qoyulmasını tələb edirlər.
Məsələ ilə bağlı Biləsuvar Şəhər Kommunal Müəssisələri Kombinatından bildirildi ki, müqavilə olmadığı üçün bu problem yaranıb: "Biləsuvar Rayon Avtovağzalı ilə bizim müqavilimiz olmalıdır. Biz müqavilə əsasında avtovağzal ərazisinə müvafiq zibilqabıları yerləşdiririk və məişət tullantılarının daşınmasını həyata keçiririk".