Biləsuvarda "1001 palıd" adlı layihə icra edilib

Biləsuvarda "1001 palıd" adlı layihə icra edilib Biləsuvar rayonunda "1001 palıd" adlı layihə icra edilib.
Ekologiya
340
2 May , 2021 11:20
Biləsuvarda 1001 palıd adlı layihə icra edilib

Biləsuvar rayonunda "1001 palıd" adlı layihə icra edilib.

"Report"un Muğan bürosunun məlumatına görə, "Müasir Gənclərin İnkişafına Dəstək" İctimai Birliyi “1001 palıd" adlı yeni təşəbbüs həyata keçirib.

Belə ki, Biləsuvar şəhərinin Mərkəzi parkı ərazisinin müəyyən hissəsində palıd ağacları bitib. Ağacların altında minlərlə palıd fidanı cücərmiş, hətta bəzilərinin boyu 15-20 sm-ə çatmışdır.

“1001palıd” ideyasının məqsədi olaraq Biləsuvar Mərkəzi Parkı ərazisinin kiçik bir hissəsində bitən fidanlar dipçəklərə köçürülüb və müəyyən ərazidə qulluq edilib böyüdüləcək.

Qeyd edək ki, təşəbbüsə qısa vaxt ərzində rayonun bir neçə təhsil və gənclər təşkilatları da qoşulub. Layihəni “1001 palıd” adı altında ənənəvi olaraq hər il davam etdirməklə müəyyən olunan ərazidə palıd ağaclarını çoxaldılması planlaşdırılır.

Palıd fidanlarını böyütmək, onlara daimi qulluq etmək və ərazinin ayrılmasına Biləsuvar rayon İcra Hakimiyyəti tərəfindən dəstək göstərilir. Bildirək ki, layihənin icra prosesinə pandemiya qaydalarına riayət etməklə bu gün saat 10:00-da Biləsuvar rayonu Mərkəzi parkında start verilib.

Son xəbərlər

Orphus sistemi