Bəzi dağlıq və dağətəyi ərazilərdə qeyri-sabit hava şəraiti iyulun 1-i axşamadək davam edəcək

Bəzi dağlıq və dağətəyi ərazilərdə qeyri-sabit hava şəraiti iyulun 1-i axşamadək davam edəcək era
Ekologiya
29 İyun , 2024 17:13
Bəzi dağlıq və dağətəyi ərazilərdə qeyri-sabit hava şəraiti iyulun 1-i axşamadək davam edəcək

Bəzi dağlıq və dağətəyi ərazilərdə qeyri-sabit hava şəraiti davam edir.

Milli Hidrometeorologiya Xidmətindən "Report"a verilən məlumata görə, iyunun 29-u saat 16:00-a olan məlumata əsasən, Daşkəsən, Gədəbəy, Göygöl, Balakən, Zaqatala, Yardımlıda arabir yağış yağıb.

Sinoptiklərin tərəfindən öncədən verilən narıncı xəbərdarlığa uyğun olaraq küləyin maksimal sürəti Goranboyda 23 m/s, Naftalanda 22 m/s təşkil edir.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 30, Naxçıvan MR-da 30, Aran rayonlarında 30, dağlıq rayonlarda 19 dərəcəyədək isti olub.

Bəzi dağlıq və dağətəyi ərazilərdə müşahidə olunan yağıntılı hava şəraitinin iyulun 1-i axşamadək davam edəcəyi, şərq küləyinin bəzi yerlərdə arabir güclənəcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi