Muxtar Babayev Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondunun nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondunun nümayəndəsi ilə görüşüb Azərbaycanda işgüzar səfərdə olan Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondunun (İFAD) Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə Çoxtərəfli əməkdaşlıq Ofisinin direktoru Bernard Hien ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə görüşüb.
Ekologiya
7 May , 2022 08:31
Muxtar Babayev Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondunun nümayəndəsi ilə görüşüb

Azərbaycanda işgüzar səfərdə olan Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondunun (İFAD) Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə Çoxtərəfli əməkdaşlıq Ofisinin direktoru Bernard Hien ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə görüşüb.

Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Görüşdə “Yaşıl Kənd Təsərrüfatı”nın ölkədə tətbiqi, iqlim dəyişmələrinin kənd təsərrüfatına təsirləri, bu sahədə görülmüş işlər müzakirə olunub, həmçinin aqrar sektorda su itkisinin qarşısının alınması və gələcəkdə suya tələbatın ödənilməsində rəqəmsal kənd təsərrüfatına keçidin mühüm rolu ilə bağlı fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi