“Beynəlxalq Dəniz günü” ilə bağlı seminar keçirilib

“Beynəlxalq Dəniz günü” ilə bağlı seminar keçirilib Bakı. 27 sentyabr. REPORT.AZ/ “Beynəlxalq Dəniz günü” ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mütəxəssisləri tərəfindən Bakı şəhər 225 saylı tam orta məktəbdə seminar keçirilib.
Ekologiya
27 Sentyabr , 2018 18:52
“Beynəlxalq Dəniz günü” ilə bağlı seminar keçirilib
0 : 00
0 : 00

Bakı. 27 sentyabr. REPORT.AZ/ “Beynəlxalq Dəniz günü” ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mütəxəssisləri tərəfindən Bakı şəhər 225 saylı tam orta məktəbdə seminar keçirilib. 

Bu barədə "Report"a ETSN-in Mətbuat xidmətindən məlumat verilib.

“Xəzər dənizinin ətraf mühitinin mühafizəsi” mövzusunda keçirilən seminarda məktəblilərə Xəzər dənizinin çirklənmədən qorunması, ekoloji vəziyyətinin yaxşılaşdırılması, bioloji ehtiyatlarının mühafizəsi barədə maarifləndirici məlumatlar verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, dünya ictimaiyyətinin diqqətini su hövzələrinin və onun bioresurslarının qorunmasına yönəltmək məqsədilə Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi qərara əsasən, 1978-ci ildən etibarən hər il sentyabr ayının sonuncu həftəsi “Beynəlxalq Dəniz günü” kimi qeyd olunur.

Son xəbərlər

Orphus sistemi