Beş rayonda ağac kömürünün hazırlanması və satışı hallarının qarşısı alınıb

Beş rayonda ağac kömürünün hazırlanması və satışı hallarının qarşısı alınıb Bakı. 28 dekabr. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən respublika ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi, daşınması, ağac emalı sexlərində istifadə olunması, eləcə də ağac kömürünün hazırlanması və satışı hallarının qarşısının alınması məqsədilə dekabrın 18-24-də növbəti reyd keçirilib.
Ekologiya
28 Dekabr , 2017 15:54
Beş rayonda ağac kömürünün hazırlanması və satışı hallarının qarşısı alınıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyi / Report

Bakı. 28 dekabr. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən respublika ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi, daşınması, ağac emalı sexlərində istifadə olunması, eləcə də ağac kömürünün hazırlanması və satışı hallarının qarşısının alınması məqsədilə dekabrın 18-24-də növbəti reyd keçirilib.

Bu barədə "Report"a Nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Keçirilən reydlər zamanı Astara rayonu ərazisində Lənkəran rayonu Bürcəli kənd sakini Samid Miriyevə məxsus “Ural” markalı dövlət qeydiyyat nişanı olmayan avtomobilin yük yerində 6,41 m3 həcmində fıstıq cinsli işlik materialdan hazırlanmış taxta aparıldığı aşkar edilib. Fakta bağlı qanun pozucusu barəsində akt tərtib olunub və ona 958,20 manat məbləğində ziyan tətbiq edilib.

Lənkəran rayonu ərazisində keçirilən reyd zamanı Lerik rayonu Bürsülüm kənd sakini Rüsvət Muxtarova məxsus “UAZ-469” markalı 43BC425 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində ümumi çəkisi 300 kiloqram olan 60 kisə kömür aşkar edilib. Faktla bağlı qanun pozucusuna 222,21 manat məbləğində ziyan tətbiq olunub və onun barəsində akt tərtib edilib.

Şamaxı rayonu ərazisində keçirilən reyd zamanı Oğuz rayonu Xaçmaz kənd sakini Natiq Haşımova məxsus “Naz Lifan” markalı 48BD990 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində ümumi çəkisi 226 kiloqram olan 113 kisə, Qəbələ rayonu Mirzəbəyli kənd sakini Arzu İbrahimova məxsus “Mersedes E190” markalı 10VM127 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində ümumi çəkisi 140 kiloqram olan 70 kisə və Bakı şəhər sakini Elmar Heydərova məxsus “Ford Transit” markalı 90OA626 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində ümumi çəkisi 1000 kiloqram olan 500 kisə kömür aşkar edilib. Faktlarla bağlı qanun pozucularına, ümumilikdə, 1416,65 manat məbləğində ziyan tətbiq olunub və onlar barəsində aktlar tərtib edilib.

İsmayıllı rayonu ərazisində keçirilən reyd zamanı rayonun Qalınçaq kənd sakini Ağaseyid Ağalarova məxsus “Vaz 2106” markalı 31BF573 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində ümumi çəkisi 270 kiloqram olan 135 kisə kömür, rayonun Çəmənli kənd sakini Afət Soltanova məxsus həyətyanı sahəsində 3,0 m3 həcmində vələs cinsli meşə materialından hazırlanmış odun aşkar edilib. Faktlarla bağlı qanun pozucuları barəsində aktlar tərtib olunub və onlara, ümumilikdə, 342,15 manat məbləğində ziyan tətbiq edilib. Eyni zamanda rayonun Çəmənli kənd sakinləri Sirac Hacıyevə və Cəlal Ramazanova məxsus həyətyanı sahələrində, ümumilikdə, 5,76 m3 həcmində meşə cinsli ağaclardan hazırlanmış odun və yerüstü kömür basması aşkar edilib. Faktlarla bağlı qanun pozucuları barəsində akt və protokollar tərtib olunub və onlara, ümumilikdə, 1023 manat məbləğində cərimə və ziyan tətbiq edilib.

Qəbələ rayonu ərazisində keçirilən reyd zamanı rayonun Məmmədağalı kənd sakini Seymur Əzizova məxsus həyətyanı sahəsində 2,0 m3 həcmində vələs cinsli meşə materialından hazırlanmış odun aşkar edilib. Faktla bağlı qanun pozucusu barəsində akt tərtib olunub və ona 41,44 manat məbləğində ziyan tətbiq edilib. Eyni zamanda rayonun Məmmədağalı kənd sakinləri Çingiz Zamanova, Mehman Eyyubova və Cavanşir Aslanova məxsus həyətyanı sahələrində, ümumilikdə, 5,94 m3 həcmində meşə cinsli ağaclardan hazırlanmış odun və yerüstü kömür basması aşkar edilib. Faktlarla bağlı qanun pozucularına, ümumilikdə, 719,32 manat məbləğində cərimə və ziyan tətbiq edilib və onlar barəsində akt və protokollar tərtib olunub.

Oğuz rayonu Tayıflı kənd sakini Rəşad Dursunova məxsus həyətyanı sahəsində 2 ədəd kömür quyusu və 10 m3 həcmində meşə cinsli ağaclardan hazırlanmış odun aşkar edilib. Faktla bağlı qanun pozucusu barəsində akt və protokol tərtib olunub və ona 386,40 manat məbləğində cərimə və ziyan tətbiq edilib.

Hazırda reydlər davam etdirilir. 

Son xəbərlər

Orphus sistemi