Bərk məişət və plastik tullantıların idarə olunması ilə bağlı görüş keçirilib

Bərk məişət və plastik tullantıların idarə olunması ilə bağlı görüş keçirilib Bakı. 28 fevral. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər, eləcə də İqtisadiyyat nazirliklərinin təşkilatçılığı ilə bərk məişət və plastik tullantıların idarə edilməsinin təkmilləşdirilməsi sahəsində görülən tədbirlərlə bağlı Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonları üzrə maraqlı tərəflərin iştirakı ilə görüş keçirilib.
Ekologiya
28 Fevral , 2019 10:49
Bərk məişət və plastik tullantıların idarə olunması ilə bağlı görüş keçirilib

Bakı. 28 fevral. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər, eləcə də İqtisadiyyat nazirliklərinin təşkilatçılığı ilə bərk məişət və plastik tullantıların idarə edilməsinin təkmilləşdirilməsi sahəsində görülən tədbirlərlə bağlı Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonları üzrə maraqlı tərəflərin iştirakı ilə görüş keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Xaçmazda baş tutan görüşdə hər iki nazirliyin, yerli idarəetmə orqanlarının nümayəndələri və sahibkarlar iştirak ediblər. 

Görüşdə Azərbaycan Prezidentinin 7 fevral 2019-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirlərinin azaldılması üzrə 2019–2020-ci illər üçün Tədbirlər Planı”ndan irəli gələn məsələlər, mövcud vəziyyət, problemlər və onların həlli yolları haqqında geniş təqdimat keçirilib.

Sonra bərk məişət və plastik tullantıların idarə edilməsinin təkmilləşdirilməsi sahəsində qəbul olunmuş strateji sənədlər və fəaliyyət istiqamətləri müzakirə edilib.

Son xəbərlər

Orphus sistemi