Bərdədə tullantıların qalaqlandığı ərazilərə əlavə konteynerlərin yerləşdirilməsi göstərişi verilib

Bərdədə tullantıların qalaqlandığı ərazilərə əlavə konteynerlərin yerləşdirilməsi göstərişi verilib Bərdədə tullantıların qalaqlandığı ərazilərə əlavə konteynerlərin yerləşdirilməsi üçün göstəriş verilib
Ekologiya
1357
18 Avqust , 2021 12:45
Bərdədə tullantıların qalaqlandığı ərazilərə əlavə konteynerlərin yerləşdirilməsi göstərişi verilib

Bərdə şəhərində məişət tullantılarının qalaqlanması barədə daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.

Xidmət rəsmisi Ramal Bağırov "Report"a bildirib ki, şəhərin müxtəlif ərazilərinə keçirilən baxış zamanı konteynerlərin az olması səbəbindən tullantıların pərakəndə şəkildə atılaraq qalaqlandığı müəyyən edilib:

“Tullantıların qalaqlandığı ərazilər Bərdə Kommunal Müəssisələri Kombinatının əməkdaşları tərəfindən təmizlənib”.

R.Bağırov onu da qeyd edib ki, gələcəkdə belə hallara yol verilməməsi və şəhər ərazisinə əlavə konteynerlərin yerləşdirilməsi məqsədilə Bərdə Kommunal Müəssisələri Kombinatına məcburi göstəriş verilib.

Son xəbərlər

Orphus sistemi