Bərdədə ağac kəsən şəxs cəzalandırıldı

Bərdədə ağac kəsən şəxs cəzalandırıldı
Ekologiya
80
30 İyun , 2020 17:13
Bərdədə ağac kəsən şəxs cəzalandırıldı

Bərdə Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən rayonun ərazisindəki Aslan-Əyricə meşəbəyliyinin 17 saylı dolayında müxtəlif cinsli dörd ağacın kəsilməsi faktı aşkar edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən "Report"a verilən məlumata görə, araşdırma zamanı ağacların Bərdə rayonu, Qaradağlı kənd sakini Natiq Əhmədov tərəfindən kəsildiyi müəyyən olunub.

Faktla bağlı akt, protokol tərtib olunub və N.Əhmədov 1 435 manat məbləğində cərimə edilib.