Bazar günü ölkədə müşahidə olunacaq hava proqnozu açıqlanıb

Bazar günü ölkədə müşahidə olunacaq hava proqnozu açıqlanıb Paytaxt və bölgələrdə yağış yağacaq
Ekologiya
24 Yanvar , 2015 12:15
Bazar günü ölkədə müşahidə olunacaq hava proqnozu açıqlanıb

Bakı. 24 yanvar. REPORT.AZ/ İstirahət günü Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədovanın "Report"a verdiyi məlumata görə, yanvarın 25-də Bakıda və Abşeron yarımadasında havanın buludlu, arabir yağıntılı olacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-3, gündüz 4-7 dərəcə isti olacaq.

Sabah Azərbaycan rayonlarında hava şəraitinin fasilələrlə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 3-8, yüksək dağlıq ərazilərdə 8-13 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

Son xəbərlər

Orphus sistemi