Sabah rayonlara leysan yağacaq, dolu düşəcək

Sabah rayonlara leysan yağacaq, dolu düşəcək Sabah rayonlara leysan yağacaq, dolu düşəcək
Ekologiya
7 May , 2022 12:21
Sabah rayonlara leysan yağacaq, dolu düşəcək

Bakıda və Abşeron yarımadasında mayın 8-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən “Report”a verilən məlumata görə, lakin gecə və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-12° isti, gündüz 15-17° isti olacaq. Bakıda gecə 10-12° isti, gündüz 15-17° isti olacaq.

Atmosfer təzyiqi 761 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-75 % olacaq.

Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq.

Havanın temperaturu gecə 8-12° isti, gündüz 15-18° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-9° isti olacaq.

Son xəbərlər

Orphus sistemi