Yuxarı

Bazar gününə gözlənilən hava şəraiti açıqlanıb

Bazar gününə gözlənilən hava şəraiti açıqlanıb
Bakıda gündüz 25-27 dərəcə isti olacaq

Bakı. 5 may. REPORT.AZ/ Bazar günü gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, may ayının 6-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 13-16, gündüz 22-27, Bakıda gecə 14-16, gündüz 25-27 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət 50-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında mayın 6-da bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz əksər rayonlarda havanın, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 14-19, gündüz 25-30, dağlarda gecə 7-12, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi