Bayram günlərinə olan hava proqnozu açıqlanıb

Bayram günlərinə olan hava proqnozu açıqlanıb Bakı. 14 iyun. REPORT.AZ/ Bayram günlərində Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb.
Ekologiya
14 İyun , 2018 11:48
Bayram günlərinə olan hava proqnozu açıqlanıb
0 : 00
0 : 00

Bakı. 14 iyun. REPORT.AZ/ Bayram günlərində Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova “Report”a açıqlamasında bildirib ki, iyun ayının 15-də və 16-ı gündüz saatlarında ölkədə hava şəraiti sabit keçəcək: "Növbəti iki gündə hava əsasən yağmursuz olacaq. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 25-30, Mərkəzi Aran rayonlarında 30-35, dağlıq ərazilərdə 17-22 dərəcə təşkil edəcək".

Onun sözlərinə görə, lakin 16-sı axşam isə bəzi şimal və qərb rayonlarında yağış yağacağı gözlənilir.

Qeyd edək ki, iyun ayının 15-i Azərbaycanda Milli Qurtuluş Günüdür. Bu ilin iyunun 15 və 16-da isə Ramazan bayramı qeyd olunacaq. 

Son xəbərlər

Orphus sistemi