Bayram günlərində milli parkları ziyarət edən turistlərin sayı açıqlanıb

Bayram günlərində milli parkları ziyarət edən turistlərin sayı açıqlanıb Milli parklara gələnlərin əksəriyyəti yerli turistlər olub
Ekologiya
16 May , 2021 12:19
Bayram günlərində milli parkları ziyarət edən turistlərin sayı açıqlanıb
0 : 00
0 : 00

"Ramazan tətili günlərində Azərbaycanın milli parklarına 6 875 turist səfər edib. Milli parklara gələnlərin əksəriyyəti yerli turistlər olsa da, ziyarətçilər arasında çoxlu sayda xaricilər də var".

"Report" xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova deyib.

Onun sözlərinə görə, bayram tətili günlərində milli parklara gələn turistlərin sayında artım müşahidə olunub: "Bu da ilk növbədə ekoturizmin təbliği məqsədilə həyata keçirilən tədbirlərlə yanaşı, milli parklarda təşkil olunan xüsusi maarifləndirici proqramlarla əlaqədardır. Ölkədə 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı var. Eyni zamanda, milli parklarda müxtəlif təbii landşaft və ekosistemləri əhatə edən 114 ekoturizm marşrutu fəaliyyət göstərir”.

Son xəbərlər

Orphus sistemi