Bayram günlərində Milli parklara səfər edən turistlərin sayı açıqlanıb

Bayram günlərində Milli parklara səfər edən turistlərin sayı açıqlanıb Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramlarında Azərbaycanın milli parklarına 1884 turist səfər edib.
Ekologiya
1902
5 Yanvar , 2022 12:18
Bayram günlərində Milli parklara səfər edən turistlərin sayı açıqlanıb

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramlarında Azərbaycanın milli parklarına 1884 turist səfər edib.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova "Report"a bildirib ki, bayram tətili günlərində Göygöl və Şahdağ milli parklarını daha çox turist ziyarət edib.

O qeyd edib ki, bu da əsasən yüksək dağlıq ərazilərdə müşahidə olunan qarlı hava şəraiti ilə bağlıdır: " “Eyni zamanda, ölkəmizin füsunkar guşələrində yerləşən milli parkların təbliği, orada təşkil olunan maarifləndirici tədbirlər, milli parklardan bütün fəsilləri əhatə edən və biomüxtəlifliyi əks etdirən maraqlı, rəngarəng video və foto görüntülər də gözəl təbiət ərazilərimizə olan marağı ilbəil artırır”.

A.Səmədovanın sözlərinə görə, vətəndaşlarımız və Azərbaycana gələn qonaqlar tətillərdə, bayram günlərində milli parkları ziyarət etməyə üstünlük verir və bu səbəbdən ziyarətçilərin sayı nəzərəçarpacaq dərəcədə artır: “Ölkəmizdə 10 milli park, 10 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı var. Milli parklarımız Abşeron yarımadasında, ölkənin şimal, cənub və qərb hissəsində yerləşməklə rəngarəng landşaft komplekslərini əhatə edir”.

Son xəbərlər

Orphus sistemi