Batabatın füsunkar yaz mənzərəsi - FOTOREPORTAJ

Batabatın füsunkar yaz mənzərəsi - FOTOREPORTAJ Muxtar respublikanın Şahbuz rayonunun füsunkar guşələrindən olan Batabat yaylağı bahar fəslində əsrarəngiz təbiət mənzərələri ilə diqqəti çəkir.
Ekologiya
21 May , 2024 14:20
Batabatın füsunkar yaz mənzərəsi - FOTOREPORTAJ

Muxtar respublikanın Şahbuz rayonunun füsunkar guşələrindən olan Batabat yaylağı bahar fəslində əsrarəngiz təbiət mənzərələri ilə diqqəti çəkir.

"Report"un Naxçıvan bürosu Batabatın füsunkar yaz mənzərələrini təqdim edir.

Qeyd edək ki, Batabat Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində şirin sulu uçqun və sürüşmədən yaranan bənd göldür.

Göl Şahbuz dövlət təbiət qoruğunun bir hissəsini təşkil edir.

Batabat gölü Naxçıvan MR-in dağlıq hissəsində, dəniz səthindən 2424 m yüksəklikdə, Naxçıvan çayının başlanğıc götürdüyü mənzərəli alp çəmənliklərinin əhatəsində yerləşir. 16 hektar sahəsi olan şirinsulu göl suyun səthində üzən torflu ada ilə diqqəti cəlb edir.

Gölün ətrafındakı karbonat, hidrokarbonat və kalsium-natrium-maqnezium mineralizasiyalı bulaqların suyundan mədə-bağırsaq xəstəliklərinin müalicəsində istifadə olunur. Günəşli günlərin sayının çox olması, mülayim iqlim və gözoxşayan dağ landşaftı gölə təkraredilməz kolorit verərək, Naxçıvandan, Azərbaycanın başqa regionlarından çoxsaylı yerli, eyni zamanda, xarici turistləri özünə cəlb edir.

Son xəbərlər

Orphus sistemi