Yuxarı
    Bağlamaq

    Bakıda ağacların kəsilməsi faktı üzrə Baş Prokurorluqda cinayət işi başlanılıb

    Ərazi nazirliyin əməkdaşları tərəfindən nəzarətə götürülüb

    Bakı. 30 iyun. REPORT.AZ/ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin(ETSN) “Qaynar xətt” inə Xətai rayonu Qaçaq Nəbi küçəsi 9A ünvanında ağacların qanunsuz kəsilməsi bağlı bir qrup sakin tərəfindən şikayət daxil olub. 

    Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, şikayət ETSN-in əməkdaşları tərəfindən dərhal yerində araşdırılıb.

    Araşdırma zamanı Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin 30.09.2016-cı il tarixli 18/03-8/2924 nömrəli razılıq məktubuna və Xətai Rayon İcra Hakimiyyətinin 26.01.2017-ci il tarixli 29 nömrəli sərəncamına əsasən Xətai rayonu Qaçaq Nəbi küçəsi 9A ünvanında yaşayış binasının tikintisi üçün Həmzəyev Vaqif Bilal oğluna 0,4 hektar torpaq sahəsinin ayrıldığı, 2 ədəd ağacın qanunsuz kəsildiyi və həmin ərazinin hasara alınması nəticəsində yaşköküstə 69 ədəd ağacın məhv edilməsi təhlükəsinin olduğu faktı müəyyən edilib.

    Araşdırma ilə bağlı akt tərtib olunub, 2 ədəd ağacın kəsilməsinə görə torpaq istifadəçisinə 2700 manat ziyan tətbiq edilib. Ərazidə mövcud olan ağacların qorunub mühafizə olunmasının təmin edilməsi məqsədilə Bakı şəhəri İcra Hakimiyyətinə rəsmi qaydada müraciət olunub.

    Faktla bağlı toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi, təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi və hasara alınmış ərazidə mövcud olan ağacların məhv edilməsinin qarşısının alınması məqsədilə Baş Prokurorluğa göndərilib və cinayət işi başlanılıb.

    Ərazi nazirliyin əməkdaşları tərəfindən nəzarətə götürülüb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi