Balakəndə Bayraq meydanında ağacların kəsilməsi ilə bağlı araşdırma aparılıb

Ekologiya
  • 01 fevral, 2022
  • 12:08
Balakəndə Bayraq meydanında ağacların kəsilməsi ilə bağlı araşdırma aparılıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidməti Balakəndə Bayraq meydanının Muzey binasının arxasında, parkın ərazisindəki çoxillik ağacların kəsilməsi barədə yayılan məlumatlara aydınlıq gətirib.

“Report” xəbər verir ki, Xidmət rəisi Hikmət Əlizadə “Ekspert saatı”nda çıxışı zamanı bununla bağlı araşdırmaların aparıldığını bildirib.

Onun sözlərinə görə, araşdırmalar zamanı məlum olub ki, ərazidə qovaq cinsindən olan 11 ağacın kəsilməsi faktı həqiqəti əks etdirmir: “Ağacların halqavari qabığı soyulub, bu da həmin ağacların gələcək inkişafını dayandırır. Bunun qəsdən edildiyi məlum olub. Təbiətə dəyən ziyanın məbləği 35 min manatdan çoxdur. Bu da cinayət tərkiblidir".

H.Əlizadə deyib ki, ərazi şəhər icra nümayəndəliyinin tabeliyindədir.

"İzahatlar alınacaq və sənədlər toplanaraq yaxın zamanlarda prokurorluq orqanlarına təqdim ediləcək”, o bildirib.

Son xəbərlər

Bütün Xəbər Lenti